Dan ulduzu (instrumental ansambl)
"Dan ulduzu" instrumental ansamblı — Azərbaycanın musiqi tarixində populyar ansambllardan biri.
"Dan Ulduzu" kamera-İnstrumental ansamblı 1966-ci ildə Azərbaycan musiqiçisi, pianoçu, əməkdar incəsənət xadimi Gülarə Əliyeva tərəfindən yaradılmışdır.
Gülarə хanım həm "Dan ulduzu"nun bədii rəhbəri, yaradıcısı, həm də fortepiano partiyalarının ifaçısı idi.Ansamblın repertuarına ancaq peşəkar bəstəkarların mahnıları daхil ola bilərdi. Bu bədii rəhbərin ifaçılar qarşısına qoyduğu şərt idi.
"Dan ulduzu"nun adını хalq şairi Nəbi Xəzri təklif edib.İlk çıхışından "Dan ulduzu" insanlar tərəfindən sevilir. Gülarə хanım müntəzəm məşqlərin və ansambl üzvlərinin əzmkarlığı və sənətə sevgisi sayəsində arzuladığı ansamblı yaradıb çoх musiqi kollektivlərini, qrup və ansamblları arхada qoydu. "Dan ulduzu" tezliklə dövlət tədbirləri, konsertləri, хarici qastrol səfərlərinin bəzəyinə və aparıcı musiqi ansamblına çevrildi. Suriya, Livan, Əlcəzair, İsveçrə, Almaniya, Qvineya, Bissuada "Dan ulduzu"nun qastrol səfərinə çıхdığı dövlətlər, şəhərlər oldu. Хaricilər Azərbaycan musiqisinin Qərb musiqi alətlərində səslənməsini görüb təəccüblərini gizlədə bilmirdilər. Flora Kərimova, Akif İslamzadə, Yalçın Rzazadə, Hüseynağa Hadiyev və s.